Özünü düşünən sürücü piyadaların yolunu kəsdi- 10 OJ 048 - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan avtomobilin görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, fevralın 13-ü paytaxtın Həsən Əliyev küçəsində hərəkət edən 10-OJ-048 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü tıxac zamanı piyada keçidinin üzərində dayanıb. Bu zaman o, piyadaların hərəkətinə mane olub. Keçiddən keçən piyada, zolağı zəbt edən sürücüyə öz iradını bildirib.
Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. Eyni tələb yolayrıclarına da şamil olunur. Yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Sürücülərə tövsiyə edirik ki, bu cür məqamlarda diqqətli olsunlar. Tıxac zamanı bir neçə metr geridə dayanmaqla yolayrıcını və ya piyada keçidini boş saxlamaq, onları heç yerə gecikdirməyəcək. Əksinə yolda sərbəst hərəkət şəraitinin yaradılmasına nail olacaqlar.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












