Özünü yolun "ağası" hesab edən taksi sürücüsü: "Yol verməlisən mənə" - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücü özünü haqlı çıxarmağa çalışıb. Avtosfer.az xəbər verir ki, 99-FH-476 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü mayın 18-i paytaxtın Mətbuat prospektindən sağa dönərkən sağ zolaqdakı avtomobilə yol verməyib. Görüntünü qeydə alan sürücü səs siqnalı verib xəbərdarlıq edən zaman o, “görmürsən dönmə işığını yandırmışam, mənə yol verməlisən”- deyərək özünü haqlı çıxarmağa çalışıb. Sürücü qırıq-qırıq xətdə manevr etdiyini bildirsə də, ancaq bütöv xəttin tələbini pozması videogörüntüdə öz əksini tapıb.
“Opel”in sürücüsü daha sonra A.M.Şərifzadə küçəsində hərəkət edən zaman qoşa xəttin tələbini pozaraq qaydaları bir daha kobud şəkildə pozub.
Bu cür taksi sürücüləri düşünürlər ki, onların pul qazanmaları hansısa bir üstünlük yaradır və bununla yanaşı hamı onlara hörmət etməli, qayda pozuntularına göz yummalıdır. Lakin düşünmək lazımdır ki, evindən bayıra çıxan hər bir kəs iş arxasınca gedib pul qazanmağa çalışır. Pul qazanmaq istəyən hər bir kəs bunu əsas götürüb qaydaları pozarsa ölkədə xaos yaranar.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












