Parklanma cərimələri fərqli şəkildə tətbiq edilməlidir - EKSPERT

Dayanma-durma və parklanma ilə bağlı cərimələrin qayda pozuntusunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun tətbiq olunması məqsədəuyğun olar. Avtosfer.az xəbər verir ki, bunu "AVTO FM” radiosunun efirində qonaq olan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib: "Avtomobillərini iki və üç zolaqlı yolun ikinci və ya üçüncü cərgəsində, səkidə və ya piyada keçidinin üzərində park edən şəxslərə tətbiq olunan cərimə məbləği daha çox ola bilər. Çünki, avtomobilini üç zolaqlı yolun ilk zolağında park etmiş şəxs ilə avtomobilini səkidə, piyada keçidində və ya yolun üçüncü zolağında park etmiş sürücü arasında fərq böyükdür".
Ekspert bildirdi ki, avtomobilini səkidə, piyada zolağında park etmiş sürücü orada hərəkət edən piyadaların hüquqlarını kobud şəkildə pozur: "Ümumiyyətlə, qayda pozuntusunun dərəcəsindən və yaranan təhlükəli vəziyyətin formasından asılı olaraq dayanma-durma və parklanma ilə bağlı fərqli cərimələrin tətbiqinə ehtiyac var".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












