Paytaxtda ağac arxasında “gizlənən” yol nişanı çaşqınlıq yaradır - VİDEO

Səbail rayonunda sürücülər yol nişanının düzgün yerdə olmadığından şikayətlənirlər.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Söhbət “Səadət sarayı”ndan Axundov bağına gedən avtomobil yolunda qoyulan yol nişanından gedir.
Sürücülərin sözlərinə görə, “3.1 Giriş qadağandır” nişanı yolun solunda qalır və ağacların arxasında olduğu üçün görünmür. Bu səbəbdən də sürücülərə cərimə tətbiq edilir.
“Xahiş edirik ki, aidiyyəti qurumlar yol nişanını daha görünən yerə köçürsünlər”, - deyə sürücülər bildiriblər.
Bakı Nəqliyyat Agentliyindən (BNA) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, uyğun yerdə olmayan və ya standarta cavab verməyən yol nişanları var:
“Ötən müddətdə onlar aşkar edilərək dəyişdirilir. Bu ərazidəki nişanın yeri də dəyişdiriləcək”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












