Paytaxtda ağaclar arxasında gizlədilən svetofor sürücüləri çaş-baş salır - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov avtosfer.az-a açıqlamasında bildirib ki, qeyd olunan kəsişmədə sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün yolda təkrarlayıcı (dublyor) svetofor mövcuddur. Sürücülər qarşıda bu svetoforu aydın şkildə görə bilirlər. Ümumilikdə isə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış bəzi svetoforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib. Digər svetoforların isə düz tipli dirəkdən çıxıntılı (L-tipli) dirəyə mərhələli şəkildə dəyişdirilməsi işləri aparılır.
***
Paytaxtın Nizami küçəsi ilə Rixard Zorge küçələrinin kəsişməsində yeni quraşdırılan svetofor sürücülər üçün problem yaradır.
Avtosfer.az xəbər verir ki, sürücülər svetoforun ağacın arxasında quraşdırılmasının onların işini çətinləşdirdiyini deyirlər. Sürücülər ağacların budaqlarının svetoforun işiğını gizlətməsi səbəbindən əsl problem yaşandığını bildirirlər.
Belə ki, yolda hərəkət edən zaman svetoforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar.
baku.ws
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO
Qayda pozan sürücü səhvini düzəldərkən yenidən qayda pozdu - VİDEO
Sürücü öncə nişanlanma xəttinin tələbini pozdu, sonra digər maşına təhlükə yaratdı - VİDEO
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO











