Piyada keçidində ana-balanı öldürməyə tələsən taksi sürücüsü - VİDEO

Sürücünün məsuliyyətsizliyi yolda qorxulu anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 19-da, Xırdalan şəhəri Heydər Əliyev prospektində baş verib. Belə ki, "Yango" taksi şirkətinə məxsus 10-DY-374 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü keçidi keçən piyadaları son anda görərək qəfil tormoz edib. O, ana və yanındakı övladını vurmaqdan son anda qurtula bilib.
Sürücü qanunvericiliyin tələblərini pozduğu üçün bu cür çətinlər anlar yaşayıb. "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Bu o deməkdir ki, "Prius" sürücüsü görüntünü qeydə alan avtomobilin dayandığını gördüyü anda sürətini azaldaraq keçidin önündə dayanmalı idi. Çox təəssüf ki, sürücülərin əksəriyyəti bu qaydadan xəbərsizdir.
Leyla
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












