Piyada qanunsuz yerdən keçərkən vurularsa... - Sürücü günahkardırmı?

Avtosfer.az xəbər verir ki, Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu piyadaların vurulması ilə nəticələnən qəzalarda sürücülərə verilən cəzalarla bağlıdır.
Dəfələrlə piyadaların yolları təyin olunmayan yerdən keçməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Bu görüntülər sürücü və ümumilikdə izləyicilərin qınağına səbəb olub. Əksəriyyət sürətli yollarda, magistrallarda, piyada keçidindən istifadə etməyən piyadaların qəzaya səbəb olmasında məhz onların özlərini günahlandırırlar.
Bəs görək, qanunvericiliyə əsasən, həmin qəzalardan sonra cəza tədbirləri necə olmalıdır?
Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev cavab verib. O bildirib ki, belə hallar üçün normativ aktlar yenilənməlidir:

Şamil Paşayev
“Təəssüf ki, Azərbaycanda qəza olan kimi sürücü günahkardır fikri aşılanır. Lakin bu belə deyil. Dünyanın heç bir yerində belə deyil. Məsələn, avtomagistrallarda, avtovanlarda, sürətli yollarda piyadalar yolu keçməməlidir. Nəzərə almaq lazımdır ki, 60-70 km/saat sürətlə hərəkət edən maşının tormozlama məsafəsi 30-40 metrdir. Maşının dayanmasında yolun sulu olması, fəsil, yolun buz bağlaması, piyadanın geyiminin rəngi və s. önəm daşıyır. Azərbaycanda yol-nəqliyyat hadisələri hüquq-mühafizə orqanları üçün yağlı tikədir”.
Şamil Paşayevin sözlərinə görə, hazırda Azərbaycanda yol qəzalarının araşdırılması üçün istifadə olunan qaydalar SSRİ dönəmindən qalıb:
"Azərbaycanda qəzaları araşdıran ekspertiza müasir tələblərlə uzlaşmır. Ekspertiza üsulları SSRİ qayda-qanunları, kitablarından götürülüb. Hansı ki, orada heç ABS tormoz sistemi və s. digər nüanslara diqqət yetirilməyib. Piyadaların qanunsuz yerlərdən yolu keçməsi ilə bağlı qaydalar müəyyənləşməli və təlimatlar yenilənməlidir. Yol-nəqliyyat hadisələrində sürücünün günahkar olması ilə bağlı normativ aktlar dəyişdirilməlidir. Nazirlər Kabineti bununla bağlı qərarlar qəbul etməlidir və qəzalar zamanı sürücü günahkardır düşüncəsi yığışdırılmalıdır. İstintaq araşdırma aparmalı və təsdiqini taparsa sürücünü günahkar çıxarmalıdır. Ekspertiza obyektiv aparılmalıdır”.
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












