Polis velosipedçilərə qarşı reyd keçirdi - FOTO

Dənizkənarı Milli Parkda velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən reyd keçirilib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, ərazidə velosipedlərin hərəkət etməsi üçün müvafiq yerlərin olmasına baxmayaraq, qaydalara əməl etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla tövsiyələr verilib.
Diqqətə çatdırılıb ki, əhalinin istirahət etdiyi Dənizkənarı Milli Park ərazisində velosipedlərin hərəkətini tənzimlənməyən işarələr vurulub və hər bir velosiped istifadəçisi müvafiq qaydalara əməl etməlidir. Yalnız icazə verilən yerlərdə velosipedlərin hərəkətinə heç bir məhdudiyyət tətbiq olunmur.
Bununla bağlı Dənizkənarı Milli Parkın mərkəzi əraziləri istisna olmaqla, digər yerlərdə - “Yeni Bulvar” və “Bayıl bulvar”da müvafiq yerlərdə xüsusi zolaqlar ayrılıb ki, orada velosipedlərin hərəkətinə icazə verilir. Velosiped istifadəçilərinə tövsiyə edilir ki, ərazidə mövcud qaydlara əməl etməklə digər şəxslərin hüquqlarına hörmətlə yanaşsınlar.
Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, onların barəsində müvafiq protokollar tərtib olunub.
Dənizkənarı Milli Parkda nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Namiq Musayev









Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












