Postdan 1000-ə yaxın maşın geri qaytarıldı - DYP-dən AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların və postlardan geri qaytarılanların sayını açıqlayıb. Avtosfer.az xəbər verir ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 6-7 avqust tarixlərində nəqliyyat vasitələri ilə hərəkətdə olan 221 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə, 112 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 115-i paytaxt istiqamətinə olmaqla 145, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 135-i rayon, 260-ı paytaxt istiqamətinə olmaqla 395, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 105-i rayon, 225-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb, ümumilikdə 870 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Emin
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO












