Magistal yolda "ölüm saçan" sürücü cərimələnib - YENİLƏNİB - VİDEO

Xaldan-Şəki yolunda qayda pozan sürücü cəzalandırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, sürücü, Balakən rayon sakini Mustafayev Samir Sadiq oğlu aşkarlanıb və barəsində müvafiq olaraq tədbir görülüb.
Qeyd edək ki, aprelin 2-i Xaldan-Şəki avtomobil yolunda hərəkət edən 5200 İD tranzit qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü ötmə qaydasını pozaraq təhlükəli vəziyyət yaradıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, qeyd olunan avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı edib. Bu zaman qarşıdan gələn avtomobilin sürücüsü toqquşacağını görərək yoldan kənara çıxıb.
Qanunvericilikdə qeyd olunub ki, sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan
gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. O cümlədən qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq
istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət
qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir.
Sürücülər bəzən düşünür ki, asfaltda qırıq-qırıq xətt varsa istədikləri kimi ötmə əməliyyatı edə bilərlər. Lakin xəttin qırıq olması və ötməyə icazə verməsi, o demək deyil ki, necə gəldi manevr etməlidir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












