Banner

Sağ zolaqdakı maşını görməzdən gəlib qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 22 Sentyabr 2026 13:03
Sağ zolaqdakı maşını görməzdən gəlib qəza şəraiti yaratdı    - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Salyan şosesində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 18-də saat 16:55 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, 77-RD-820 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü sağ zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədən manevr edib. Bu zaman sürücü görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, manevr edən sürücü hərəkət istiqamətini dəyişərkən digər hərəkət iştirakçılarına təhlükə yaratmamalı və onların hərəkətinə maneə törətməməlidir.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227184.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 294
ŞƏRH YAZ
Ad

E-mail

Şərh