Qaydaları səhv öyrətdiyinə görə tənqid edilən təlimçidən daha bir BİABIRÇI SƏHV - VİDEO

Bir müddət öncə sosial şəbəkələrdə tənqid edilən sürücülük təlimçisinin daha bir görüntüsü yayılıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, sürücülüyü öyrənən şəxslərə qaydaları səhv öyrədən təlimçi bu dəfə tələbəyə dairəvi hərəkət təşkil edilmiş yolayrıcının keçilməsi qaydasını öyrədir. Babək prospektində "Maşın bazarı"nın qarşısındakı dairəyə yaxınlaşan təlimçi bildirir ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcını bildirən nişanın nömrəsi 1.7-dir. Amma qanunda həmin nişanın nömrəsi 4.3-dür.
Təlimçi daha sonra bildirir ki, dairəyə daxil olan zaman sola dönmə işığı yandırılmalı və sonra söndürülməlidir. Dairə boyunca hərəkət edəcəksənsə yenə də sola dönmə işığı yanılı qalmalıdır- deyə tələbəyə qaydaları səhv öyrədib.
Xatırladaq ki, "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinə görə dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olarkən dönmə işığı sola yox, sağa yandırılmalı və dairə boyunca hərəkətdə olarkən heç bir dönmə işığı yandırılmamalıdır. Dairəni tərk edərkən isə mütləq sağa dönmə işığı yandırılmalıdır.
Onu da qeyd edək ki, dairə boyunca hərəkət edərkən dönmə işığı yalnız dairənin daxilindəki zolaqları dəyişərkən müvafiq istiqamətdə sağa və sola dönmə işıqları yandırılmalıdır. Yəni dairə boyunca hərəkət edən zaman sürücü zolağı dəyişmirsə heç bir dönmə işığı yandırılmamalıdır.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












