Qəza baş verəndə özünü teatrda hiss edənlər MÜTLƏQ OXUSUN

Küçə və prospektlərdə yaranan nəqliyyat sıxlıqları zamanı bəzən müəyyən qədər irəlilədikdən sonra qarşıda bir qəzanın baş verdiyinin şahidi oluruq. Qəza hərəkətin axınına müəyyən qədər təsir etsə də, digər sürücülərin qəzaya marağı tıxacların böyüməsinə səbəb olur. Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat infrstrukturu üzrə ekspert Yasin Mustafayev deyib. Ekspert bildirib ki, 3 və ya 4 cərgəli yolun bir cərgəsində problem yarandıqda digər cərgələrdə hərəkəti rahatlıqla davam etdirmək mümkün olsa da, bəzən nəqliyyat axını yavaşlayır: "Bəzi hallarda isə sürücülərin qəzaya marağından dolayı hərəkət axını tamamilə dayanır. İnsanların baş verən hadisəyə dərindən diqqət yetirməsi, sürücülərin həmin hissədə sürətini aşağı endirməsi, hətta bəzən dayanıb baxması nəqliyyatın intensivliyində ciddi problem yaradır. Bu, yolverilməzdir, çünki hərəkətin davamlılığı təmin olunmalıdır".
Ekspertin sözlərinə görə, problemin aradan qaldırılmasında sosial şəbəkələrin rolu böyük ola bilər. "Belə vəziyyətlərdə yol hərəkəti iştirakçısı olan insanların sadəcə yadına salmaq lazımdır ki, onlar hərəkəti dayandırdığı zaman həmin cərgəndəki nəqliyyat vasitələri də onlarla birgə dayanır, yaxud sürətini azaldırlar. Düzdür, hər bir kəsin qəza iştirakçısının onun yaxını və ya tanışı olub-olmadığını öyrənmək təbii haqqıdır. Lakin bunu hərəkətə mane olacaq dərəcədə etmək doğru deyil. Məsələn, hadisə baş verən istiqamətdə irəlidə avtomobili park etməklə köməyə ehtiyac olduğunu müəyyən etmək və ya köməklik göstərmək olar. Bununla bağlı daimi olaraq təbliğat işləri aparılmalı, video çarxlar hazırlanmalıdır. Yalnız bu yolla insanlara hərəkət istiqamətinə mane olmamaq və qəza hadisələrində hərəkəti davam etdirmək düşüncəsini aşılamaq olar".
Ekspert bildirib ki, qəza zamanı sığortanın iştirakının vacibliyi, məsələnin aydınlaşdırılması üçün şəkillərin çəkilməsi də nəqliyyat sıxlığını yaradan bir digər amil idi: "Bəzən elə bir şərait yaranırdı ki, yol tamamilə bağlanırdı. Bu məsələ ilə bağlı son dövrdə qanunvericiliyə də müvafiq dəyişikliklər edildi. Artıq sığorta və Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının gəlişini gözləmədən hər iki tərəf baş vermiş qəzanın görüntülərini çəkərək onu həmin əməkdaşlara təqdim edə bilərlər. Bu zaman qəza etmiş avtonəqliyyat vasitələrini kənara çəkmək, həmin yerdən aparmaq mümkün olur".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












