Qoçular avtomobili əhatəyə alaraq sürücünü təhqir etdi: "Cəhənnəm ol buradan" - VİDEO

Bakıda qaydaları pozaraq təhlükə yaradan sürücü digər sürücünün qarşısını kəsərək ona hədə-qorxu gəlib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, martın 23-ü paytaxtın Rahib Məmmədov küçəsində hərəkət edən 90-PJ-095 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü sola- Ramiz Quliyev küçəsinə dönərkən üstünlüyə malik olan avtomobilə yol verməyib. Bu azmış kimi sürücünün qarşısını kəsərək "məzələnirsən"? "ver qabağa"- deyərək avtomobili qarşıda saxlayıb. O, hətta sağa qəfil manevr edən zaman qonşu zolaqda hərəkət edən 99-TV-356 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilə də qəza vəziyyəti yaradıb. Bundan sonra sürücü haqsız olduğunu etiraf etməkdən yayınaraq yenə də qarşı tərəfi günahlandırıb və ona "sizdə bir psixologiya var, yol mənimdir istəsəm adam da vuraram"- deyə aidiyyəti olmayan fikir bildirib.
Sonradan qaydaları pozan sürücü və dostları öz avtomobilləri ilə görüntünü qeydə alan sürücünü arxadan və yan tərəfdən əhatəyə alaraq "sür əəəə", "cəhənnəm ol buradan"- deyərək ona qarşı qeyri-etik ifadələr işlədiblər.
İdarə etdikləri avtomobillərdən bəlli olur ki, bu sürücülər öz maddi imkanları və yaxud ətrafinda vəzifə sahibləri olan insanlara güvənərək adi vətəndaşa qarşı bu cür kobudluq ediblər.
Ümid edirik ki, hüquq mühafizə orqanları həmin şəxslər barəsində ciddi tədbir görəcək.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












