Qusara qanunsuz istirahətə gedənlər cərimələndi - FOTO

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirilib.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis inspektorları tərəfindən sürücülər saxlanılaraq sənədləri planşetlərlə yoxlanılıb. Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib.
Reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq şəxsi nəqliyyat vasitələri ilə istirahətə gələn 10 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər Qusar RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.



Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












