Salyan-Bakı istiqamətində işləyən taksini azyaşlı uşaq sürdü - VİDEO

Salyan rayonunda azyaşlı uşağın sükan arxasında avtomobil idarə etməsinin görüntülərini oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az">Avtosfer.az-a verilən məlumata görə, Salyan-Bakı istiqaməti üzrə taksi fəaliyyəti ilə məşğul olan 99-ZY-713 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü azyaşlı uşağına sükanı həvalə edib. Valideynin etdiyi bu hərəkət həm uşağın, həm də digər insanların həyatı üçün böyük təhlükədir.
Uşağını sükan arxasında əyləşdirən valideynlər həmin anları videoya çəkərək fəxrlə sosial şəbəkələrdə paylaşırlar. Lakin bunun nə qədər təhlükəli olduğunu və indidən uşağın düzgün tərbiyə almadığını anlamırlar. Uşaq yaşlarındaykən qayda-qanunu pozmağı öyrənən azyaşlı, böyüyəndən sonra aşılanmış bu tərbiyəni davam etdirir. Sonda isə ya "avtoş", ya da kiminsə qatilinə çevirilmiş sürücü olur.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi sükan arxasında olan azyaşlının valideyni ilə bağlı ciddi tədbir görəcək.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












