Şaxtalı havada törədilən avtomobil qəzalarında sığorta problemi nədən yaranır?

Şaxtalı hava şəraiti adətən öz mənfi təzahürünü yol-nəqliyyat hadisələrində daha çox göstərir. Avtomobillərin toqquşması ilə nəticələnən qəzaların sayı avtomatik olaraq sığortaya müraciət hallarını da artırır. Amma bu zaman ortaya bir sıra problemlər çıxır və onların nəticəsinin aradan qaldırılması uzun müddətə başa gəlir.
Problemlərin nədən qaynaqlandığına sığorta eksperti İlkin İbrahimov “Report”a aydınlıq gətirdi:
“Problemlərdən biri günahın kimdə olması məsələsidir. Belə hava şəraitində avtomobillərin toqquşması zamanı günahın kimdə olmasını müvafiq orqanlar, yəni Dövlət Yol Polisi belə təyin etməkdə çətinlik çəkir. Onlar da belə hallarda ekspertizalar təyin edirlər ki, bu da vaxt alır”.
Sığorta eksperti bir daha bu cür vəziyyətlərdə KASKO sığorta növünün nə qədər üstün olduğunu diqqətə çatdırdı:
“Problemlərin aradan qaldırılması üçün iki sığorta məhsulumuz olmalıdır: Birincisi, avtonəqliyyat vasitələrinin mülkü məsuliyyətinin icbari sığortası. Bu növ qarşı tərəfə dəyən ziyanı ödəyir, üçüncü şəxslər qarşısında məsuliyyəti nəzərdə tutur. İkinci sığorta növü isə KASKO, yəni könüllü sığorta növüdür. Bizim avtomobilimizə hər hansı bir əşyanın dəyməsi, vurulması, çırpılması halında bununla bağlı KASKO növündə sığortalanma yaxşı olardı. Bununla əlaqədar təzminatı sığorta şirkətlərindən almaq mümkündür”.

Müqayisə üçün Türkiyənin sığorta bazarınındakı təcrübəni öyrəndik.
Türkiyənin sığorta şirkətlərin birində çalışan Əfsanə Hüseynova deyir ki, adətən belə hava olan zaman əvvəlcədən müştərilərə xəbərdarlıq SMS-i göndərilir ki, ehtiyatlı olun. Ə.Hüseynova qeyd edir ki, qarlı-yağışlı havada şikəyət edən müştəri məhkəmə proseslərində qalib gəlir".
Ona görə də, iş məhkəməyə çıxmadan müştəriyə ödəniş olunur. Türkiyədə vəkil xərci çoxdur deyə, müştəriyə pul həmişə vaxtında ödənilir".

İcbari sığorta haqları ilə bağlı qeyd edək ki, Azərbaycanda avtomobilin mühərrikindən asılı olaraq standart forma müəyyən olunub və bu qaydaya uyğun olaraq vətəndaşlar məcburi sığortaya cəlb olunur. Lakin KASKO sığorta növündə belə deyil.
Könüllü sığorta növündə avtomobilin qiyməti, maşının buraxılış ili və avtomobili idarə edən şəxsin sürücülük stajı nəzərə alınaraq sığorta haqları müəyyən olunur.
Qeyd edək ki, Azərbaycanda minik avtomobillərinin mühərriklərinin həcminə görə fiziki şəxslər üçün icbari sığorta haqqı 50 manatdan başlayır. Hüquqi şəxslər üçün isə 60 manatdan.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












