Şəhərdə içi dolu sərnişinlə qanunu saymayan avtobus sürücüsü - VİDEO

Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusunu oxuculardan biri videoya çəkərək redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, 36 saylı xətt üzrə fəaliyyət göstərən 90-HS-693 qeydiyyat nişanlı “Daewoo” markalı avtobusun sürücüsü qayda pozuntusunu fevralın 23-də paytaxtın Qara Qarayev prospektində törədib. Belə ki, avtobusu yüksək sürətlə idarə edən sürücü sarı işığın yanmasına əhəmiyyət verməyərək hərəkətinə davam edib.
Bəzi sürücülər bildirir ki, svetoforun sarı işığında hərəkət etmək olar. Onlar yalnız qırmızı işığın qadağanedici funksiyaysı olduğunu bilirlər. Lakin “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsində qeyd olunub ki, sarı rəngli işığın yanması hərəkəti qadağan edir və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Hətta statistikaya nəzər salsaq, sarı işıqda keçən sürücülərin qəzaya düşmələri ilə bağlı faktlar da üzə çıxacaq.
Bir sözlə, bir çox sürücünün əhəmiyyətsiz bildiyi sarı işıq, onlarla, yüzlərlə insanın həyatına son qoyub.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












