Sərxoş halda maşın sürdü, vətəndaşlıq ala bilmədi

İsveçrə vətəndaşlığı çoxlarının, o cümlədən avropalıların arzusu olsa da, hər adama nəsib olmur. Bir əcnəbinin bu ölkədə naturalizasiyası üçün illər lazım gəlir. Bəzən kiçik görünən səhvə görə vətəndaşlıq almaq çəkilən zəhmət hədər gedir.
Avtosfer.az xəbər verir ki, İsveçrədə bir əcnəbinin başına belə bir iş gəlib. 15 ildir Sürixdə yaşayan şəxs 2018-ci ildə vətəndaşlıq üçün müraciət edib. Bir neçə ay əvvəl onun bütün sənədləri hazır olub. Yerli idarəetmə orqanları, iş yeri və dostları ona müsbət rəy versə də, pasport ala bilməyib.
Söhbətləşməyə çağrılan şəxsə bildirilib ki, o, 2022-ci ildə sərxoş vəziyyətdə avtomobil idarəetməyə görə 600 avro cərimələnib, sürücülük hüququndan 2 illik məhrum edilib. İntizamlı vətəndaş belə davranış nümayiş etdirə bilməz. Bu səbəbdən müraciətə baxılması 2030-cu ilədək təxirə salınıb.
Bəz ümumiyyətlə İsveçrədə sərxoş sürücünü hansı cəza gözləyir?
0,5-0,79 promil spirtlə tutulan sürücü 800 frank (1 İsveçrə frankı = 1,7 manat) cərimələnir. Sərxoşluqla yanaşı digər qayda pozuntusu da törədilibsə, cəzanı polis deyil, məhkəmə verir.
0,8 promildən yuxarı olduğu halda cərimənin məbləği maddi vəziyyətə görə dəyişir. Bundan başqa, situasiyadan asılı olaraq sürücüyə 3 il həbs cəzası da verilə bilər.
Ən əsası bundan sonra başlayır. 1,6 promilə görə saxlanmış sürücü təzədən vəsiqə alması üçün imtahan verməlidir. Lakin onun orqanizmində spirtin qalıb-qalmamasını bilmək üçün tükdən nümunə götürülür. Alkoqol asılılığı olan şəxsə həkim müsbət rəy vermir. Bir faktı deyək ki, alkoqoldan müntəzəm istifadə edən şəxsin saçında spirt azı 4 ay qalır.
Avropanın digər ölkələrinə gəlincə. Bütün Qərbi Avropa ölkələrində 0,5 promildən artıq spirtə görə sürücülər ciddi şəkildə cəzalandırılır. Daha yüksək miqdarda isə sürücüləri daha ağır cərimə, sürücülük vəsiqəsinin ləğvi və hətta həbs gözləyir. Almaniyada isə yeni başlayan sürücülərə icazə verilən limit 0 promildir.
Son illərdə informasiya mübadiləsi artdığı üçün sürücü başqa Avropa ölkəsində sərxoş halda avtomobil idarə edərsə cərimə ilə vəziyyətdən çıxa bilmir. Misal üçün, Almaniyada qayda sərxoş tutulan belçikalı sürücü 10 il əvvəlki kimi 500 avro cərimə və 3 saat hərəkətdən kənarlaşdırılma ilə canını qurtara bilməyəcək. O, vətənə qayıdanadək alman polisi protokolu Brüssel polisinə göndərəcək. Məhkəmə də situasiyadan asılı olaraq əlavə cəza verə, sürücülük vəsiqəsini ləğv edə bilər. Oxşar qayda digər Avropa İttifaqı ölkələrində də tətbiq edilir.
Vüqar
Qırmızıda skuterlə keçiddən keçən oğlan az qala qəza törədəcəkdi - VİDEO
Nömrəsiz motosikletlə “şou” göstərdi: Əks yola çıxdı, maşınların arasından şütüdü - VİDEO
Prospektdə təhlükəli anlar: Moped sürücüsü beton arakəsmədən əks yola çıxdı - VİDEO
Eyni anda 3 kobud qayda pozan sürücü: 7 bal 300 manat - VİDEO
Yol verməyib təhlükə yaradan sürücü əlini çıxarıb narazılıq etdi - VİDEO
Yağışlı havada "avtoş"luq edən saxlanıldı
Bakıda sürücülər arasında gərginlik: “Öz zolağımla gedirəm, sən çıxırsan üstümə” - VİDEO
Qarşıdan gələn maşının yolunu kəsib qəza şəraiti yaratdı - 77-RY-378 - VİDEO
Biləcəridə bu piyada keçidinin önü hər gün bağlanır; yolu keçmək çətinləşir - VİDEO
Musabəyov parkının yanındakı bu işıqforda hansı halda hərəkəti davam etdirə bilərsiniz? – İZAH - VİDEO
Taksi duracağını zəbt edib sürücünü çıxılmaz vəziyyətdə qoydular - VİDEO












