Sərxoş vəziyyətdə maşın sürən bacanaqlar saxlanıldı - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmini məqsədilə şəhər ərazisində keçirdikləri nəzarət tədbirləri zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən sürücüləri saxlayıblar. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, “VAZ-2106” markalı avtomobili idarə edən sürücü Tehran Cabbarov idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsini yolun kənarındakı işıq dirəyinə vurub. Ərazidə xidmət aparan yol patrul xidmətinin ekipaj qrupu hadisə yerinə yaxınlaşıb və yoxlama zamanı avtomobildən düşən sürücü yol polisi əməkdaşları ilə mübahisə edib, onların qanuni tələbinə məhəl qoymayıb. Bu zaman nəqliyyat vasitəsindəki sərnişin, Tehran Cabbarovun bacanağı Elcan Bəxtiyarlı avtomobili sürərək oradan uzaqlaşmağa cəhd edib. Hər iki şəxs saxlanılıb və avtomobillə birgə şöbəyə gətiriliblər. Tibbi müayinədən keçirilən bacanaqların sərxoş olduqları məlum olub.
Onların barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndəriləcək.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















