Banner

Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009 - VİDEO

Qaydalar 29 Oktyabr 2026 14:00
Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qayda pozuntusuna yol verən sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, hərəkət istiqamətini dəyişmək istəyən 90-RO-009 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, sağ zolaqda hərəkətdə olan maşına məhəl qoymadan həmin zolağa keçib və onu sıxışdıraraq qəza şəraiti yaradıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü manevrə başlamazdan əvvəl manevrin təhlükəsizliyinə əmin olmalı və digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır. Qeyd etdiyimiz halları nəzərə almadan manevr zamanı dönmə işığının yandırılması sürücüyə üstünlük vermir. 

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228315.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 222
ŞƏRH YAZ
Ad

E-mail

Şərh