Su Polisindən balıq ovu ilə məşğul olanlara xəbərdarlıq - RƏSMİ

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olanlara xəbərdarlıq edib. Bu barədə Avtosfer.az-a qurumdan məlumat verilib. Bildirilib ki, bu ilin aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa qoyulacaq. Qadağa təbii su hövzələrində balıq ovuna şamil edilir.
Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərdən müəyyən olunan vaxtda və ərazilərdə balıq ovuna qoyulan qadağaya əməl etmələrini xahiş və tələb edir.
Sözügedən qadağa həvəskar balıqçılığa da şamil edilir. Qaydanı pozanlar növündən asılı olmaqla, inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər. Vətəndaşlardan xahiş olunur ki, qadağa ilə bağlı pozuntular barədə İdarənin 012 433 38 02, 012 433 38 22 (faks) nömrələrinə məlumat versinlər.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












