Sumqayıtda avtoxuliqanlıq edən sürücünü məhkəmə bu qaydada cəzalandırdı - FOTO

Sumqayıt şəhərində avtoxuliqanlıq edən sürücü saxlanılaraq həbs edilib. Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə 90-BB-525 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Hüseynov Ümid Bəhruz oğlu Sumqayıt şəhər Koroğlu prospektində hərəkət edərkən dəfələrlə manevr qaydalarını kobud şəkildə pozub. Bununla yanaşı svetoforun qırmızı işığında hərəkət edərək digər sürücülərə təhlükəli anlar yaşadıb.
Bu əməli törədən sürücü Sumqayıt şəhər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanılmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Hüseynov Ümid Bəhruz oğlunun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat cərimə tətbiq edilib.
Təbriz
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO













