Sumqayıtda "BMW X6" ilə avtoşluq edən sürücü həbs edildi - FOTO

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən şəhər ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Xıdırov Zaur Nəsib oğlu idarə etdiyi "BMW" markalı 90-TM-800 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. O, Heydər Əliyev prospekti boyunca təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını davamlı şəkildə pozub. Eyni zamanda əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla avtoxuliqanlıq edib. Onun bu əməlləri Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilən zaman sürücü dərhal saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb. Sürücü barəsində toplanılmış materiallar Sumqayıt şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü Xıdırov Zaur Nəsib oğlu 15 gün müddətinə inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















