Sumqayıtda şəhəri bir-birinə qatan "avtoş"un ŞOK GÖRÜNTÜLƏRİ- VİDEO

Sumqayıt şəhərində avtoxuliqanlıq edən şəxs həbs edilib.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhərində idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına real qəza şəraiti yaradan, onların sağlamlığını təhlükə altında qoyan sürücü saxlanılıb.
Belə ki, şəhər sakini olan Rüfət Sərxanov idarə etdiyi "Khazar LX" markalı minik maşını ilə davamlı olaraq Sumqayıt şəhəri ərazisində cəmiyyətə açıqca hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri törədib. O, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti əməkdaşlarının saxlama əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində sürücünün saxlanılması təmin edilib. Rüfət Sərxanov barəsində toplanan materiallar məhkəməyə göndərilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs qərarı verilib. Həmçinin, məhkəmənin qərarı ilə, R.Sərxanovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, sürücünün davamlı olaraq törətdiyi kobud qayda pozuntuları, bilərəkdən digər hərəkət iştirakçılarının yoluna çıxaraq avtomobil idarə etməsi ərazidə olan kameralar vasitəsi ilə qeydə alınıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














