Sürət həddini aşmayan sürücü YPX maşınındakı radara düşdü - VİDEO

Sabirabad rayonu ərazisində sürət həddini aşmadan hərəkət edən sürücünün avtomobili radara düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə sürücü Yusif Abdullayev redaksiyamızın elektron ünvanına şikayət ünvanlayıb. O bildirir ki, idarə etdiyi 99-OV-563 qeydiyyat nişanlı “Opel” markalı avtomobillə fevralın 14-də Sabirabad rayonu ərazisində sürət həddini aşmadan hərəkət edərkən, YPX avtomobilindəki radara düşüb: “Videogörüntüdən də aydın şəkildə görünür ki, yolun sağında 50 nişanı, ardınca isə Qaratəpə yaşayış məntəqəsini bildirən 5.22 nişanı quraşdırılıb. Həmin nişan əvvəlki sürət rejimini ləğv etdiyindən, mən 60 km/saat sürətlə hərəkət etməyə başladım. Lakin qarşıdan gələn YPX avtomobilindəki radar yoldakı sürət həddini 50 km/saat sürət müəyyən etdiyi üçün mənim barəmdə protokol tərtib edib”.
“Yol hərəkəti haqqında” qanunun 64-cü maddəsinin VII hissəsində qeyd olunub ki, 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur. Qanunun bu müddəsına görə, sürücü barəsində tərtib edilmiş həmin qərar həqiqətən də əsassızdır.
Sürücü Y.Abdullayev bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ünvanladığını, lakin heç bir reaksiya verilmədiyini bildirir.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hazırda məsələ araşdırılır, nəticəsi barədə sürücüyə rəsmi məlumat veriləcək.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












