Sürücü 90-lıq yolda 89-la radara düşdü - MÜƏMMALI PROTOKOL - FOTO - VİDEO

Köhnə Bakı-Salyan yolunun 90 km/saat sürət olan hissəsində 89-la radara düşən sürücü redaksiyamızın elektron ünvanına şikayət ünvanlayıb. Sürücü Soltanov Bəhram Feyzulla oğlu Avtosfer.az">Avtosfer.az-a məlumat verərək iddia edir ki, radara düşdüyü yer yaşayış məntəqəsindən kənar yoldur. "İdarə etdiyim 42-BT-359 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə sürət həddini aşmadan hərəkət edərkən, qarşıdan gələn YPX maşınınındakı radar mənim barəmdə protokol tərtib edib. Getdiyim istiqamətdə 60-ı bildirən heç bi nişan yoxdur. Əksinə, yolun əks tərəfində 90 nişanı var. Buradan görünür ki, YPX avtomobilindəki radar səhv tənzimlənib. Yəni radar 60 km/saat sürətə yox, 90 km/saat sürətə köklənməli idi. Yolun giriş və çıxışında isə yaşayış məntəqəsini bildirən heç bi nişan yoxdur. Ona görə də barəmdə tərtib edilmiş protokol əsassızdır".
Qeyd edək ki, sürücü sözügedən yolda 60 nişanının olmadığını sübut etmək üçün həmin ərazidə videoçəkiliş də aparıb. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, yolda 60 nişanı yoxdur.
Sürücü Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən həmin protokolun ləğv olunmasını xahiş edir.
Fərid
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB














