Sürücü Bakı-Şamaxı yolunda bayramı yasa çevirəcəkdi: qorxulu anlar... - VİDEO

Sürücülərdən biri yolda üzləşdiyi təhlükəli hadisəni avtomobilindəki kamera ilə qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. O bildirir ki, martın 21-i Bakı-Şamaxı yolu ilə hərəkət edərkən sürücülərdən biri bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında ötmə əməliyyatı edib. Ölümlə nəticələnən qəzanın baş verə biləcəyini gördükdə sağa manevr edərək təhlükədən son anda yayına bilib.
Ümid edirik Baş Dövlət Yol Polisi İdarəsi həmişə olduğu kimi bu dəfə də dərhal reaksiya verərək həmin sürücü barəsində ciddi tədbir görəcək.
Qeyd edək ki, bayram günləri respublika əhəmiyyətli yollarda, o cümlədən rayonlarda ağır yol nəqliyyat hadisələri baş verdi. Bunun başlıca səbəblərindən biri məhz sürücülərin bu cür kobud qayda pozuntuları oldu. Sürücülərin adəti üzrə "tələsirəm" deyib özbaşınalıq etməsinin sonu həm özlərinin, həm də digər hərəkət iştirakçılarının ağır xəsarət alması və ölməsi ilə nəticələnir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












