Sürücü körpə uşağı ölümə belə aparır-99 PD 540 - VİDEO

Sərnişin daşıma qaydasını kobud şəkildə pozan sürücünün görüntüsü digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-PD-540 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü ön oturacaqda uşaq qucağında olan sərnişini daşıyaraq qaydaları pozub. Qanunvericilikdə qeyd olunub ki, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda sərnişin daşınması qadağandır. Ön oturacaqda yalnız 1 nəfər aparıla bilər. Qucaqda uşağın aparılması qanunvericiliyə zidd olmasından əlavə həm də olduqca təhlükəlidir. Görüntüdən də aydın şəkildə görünür ki, sərnişin təhlükəsizlik kəmərini taxmayıb. Bu cür hallarda yol nəqliyyat hadisəsi baş verərsə uşağın xəsarət alması və hətda ölməsi qaçılmaz olacaq. Ona görə də sürücü və sərnişinlər buna zarafat kimi yanaşmamalıdır. Övladının ömür boyu şikəst yaşamasını görmək istəməyən valideynlər bu hərəkətdən yayınmalıdırlar.
Sürücü etdiyi əmələ görə 3 bal 60 manat məbləğində cərimə oluna bilər.
Fərid
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












