Xırdalanda 300 metr getməyə "ərinən" sürücü görün nə etdi - VİDEO

Xırdalan şəhərində əks istiqamətli yola çıxan sürücünün videogörüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 10-FF-554 qediyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü fevralın 15-i Məmməd Əmin Rəsulzadə küçəsinə çıxan zaman sağa dönmək əvəzinə sola dönüb. Bu zaman yolun əksi istiqamətinə hərəkət edərək ayırıcı zolağın kəsiyindən sağ hərəkət hissəsinə keçib.
Sürücünün əks istiqamətlə hərəkət etdiyi yerdə yolun görünmə sahəsinin məhdud olması videoda öz əksini tapıb. Əgər həmin vaxt qarşıdan avtomobil gəlsəydi qəzanın baş verməsi qaçılmaz ola bilərdi.
Qeyd edək ki, sürücü qaydalar çərçivəsində hərəkət etməsi üçün öncə sağa dönməli, daha sonra qarşıdakı yolayrıcından geriyə dönərək müvafiq istiqamətdə hərəkət etməli idi. Buna görə isə cəmi 300-400 metr məsafə qət etməli olacaqdı.
Fərid
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO












