Sürücü sığorta şirkətindən narazıdır - Dəymiş ziyanı ala bilmir - VİDEO

Bakı Şəhər sakini Məhəmməd Abışovun başına tragikomik hadisə gəlib. 4 ay əvvəl mətbuat prospektində hərəkətdə olarkən avtomobili qəzaya uğrayıb. Hadisə yerinə polis əməkdaşları və qarşı tərəfin avtomobilinin siğorta şirkəti gəlib. Amma problemin həlli bununla da yekunlaşmayıb.
Məhəmməd Abışov sığorta şirkətinin çıxardığı məbləğlə razılaşmadığından şirkət tərəfindən başqa bir servisdə də eyni məbləğ dəyərində yenidən qiymətləndirmə olub. Bununlada razılaşmayan zərərçəkmiş daha sonra müstəqil ekspert vasitəsi ilə yenidən avtomobilə dəyən xərcin qiymətləndirilməsinə müraciət edib.
Məhəmməd Abışov bildirir ki, məsələnin həll olunması üçün dəfələrlə müraciət etsə də faydasız olub. 4 aydır ki, avtomobilinə dəyən zərərin pulunu ala bilmir. Ona dəyən ziyanı ödəmək əvəzinə zərər vuran sürücünü tapmağı tövsiyyə edirlər.
Məsələ ilə bağlı biz də siğorta şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, Məhəmməd Abışova veriləcək məbləğin gecikməsinin səbəbi sənədlərdə olan çatışmazlıqdan baş verib. Beləki, hadisəni törədən sürücünün yol vərəqininin müddətinin bitməsi və buna yol polisi tərəfindən baxılmadan sənəd verilməsi problemə yol açıb.Artıq zərərçəkənin sənədləri qaydaya salınaraq ödəniş üçün hazırlanıb və 7 iş günü ərzində Məhəmməd Abışovun avtomobilinə dəyən 945 manat zərər ödəniləcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












