Sürücülər bu qaydadan xəbərsizdir: 3 bal 60 manat cəriməsi var - VİDEO

Sürücülərin mütəmadi pozduğu qaydalardan biri də yolayrıcının keçilməsi qaydasıdır. Əksər sürücü nizamlanmayan yolayrıcında, xüsusən də üstünlük nişanları olmayan yolayrıcında hansı istiqamətdən gələn nəqliyyat vasitələrinin üstün olduğunu bilmirlər. Üstünlük nişanları olmayan yolayrıcında hərəkət edən bir çox sürücü "yol düzünə gedənindir" prinsipi ilə hərəkət edərək qaydaları kobud şəkildə pozurlar.
Bəs bu cür yolayrıcında hansı istiqamətdən gələn nəqliyyat vasitəsi üstündür?
"Yol Hərəkəti Haqqında" Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan
yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Eyni əhəmiyyətli yolların kəsişməsi o deməkdir ki, yəni həmin kəsişmədə heç bir üstünlük nişanı yoxdur. Belə olan halda yollar eyni əhəmiyyətli olmuş sayılır. Qanunvericilikdə də qeyd olunub ki, bu cür yolayrıclarında sağdan gələn nəqliyyat vasitələri üstünlüyə malikdir. Lakin təəssüf hissi ilə bildiririk ki, sürücülər bu klassik qaydadan xəbərsizdir. Qayda pozduqları halda isə özlərini haqlı saymağa çalışırlar.
Qeyd edək ki, təqdim etdiyimiz videodakı sürücülər bu qaydanı pozduqlarına görə 3 bal 60 manat miqdarında cərimə oluna bilərlər.
Təbriz Yusubov
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












