Sürücülər şəhər kamerasının yanında əks istiqamətə çıxıb qırmızıda keçdi - VİDEO

Xırdalanda yol hərəkəti qaydasını pozan iki sürücünün videogörüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-PD-756 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü martın 21-də şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində hərəkət edərkən svetoforun qırmızı işığında dayanmadan hərəkət edib. Həmin zaman yolayrıcı boş olduğu üçün sürücü qəzasız ötüşə bilib.
Martın 26-ı Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində hərəkət edən 90-VA-538 qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü əks istiqamətli zolaqda axına qarşı hərəkət edib, o cümlədən svetoforun qırmızı işığında sağa- Heydər Əliyev prospekti istiqamətində hərəkətinə davam edib. Hər iki sürücü qayda pozuntusunu təhlükəsiz şəhər kamerasının görünüş dairəsində törədib. Təəssüf ki, Xırdalan şəhərində olan nəzarət kameraları bu cür qayda pozuntularını qeydə almır. Ona görə də sürücülər yol polisi olmadığı halda intizamsızlıq edirlər.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












