Sürücülərə qanunsuz yazılmış protokollara hakim qanuni "don" geyindirdi - FOTO

Bakıda dayanma-durma qadağan olunmayan yolda haqsız cərimələnən sürücü məhkəməyə müraciət edib. Avtosfer.az-a məlumat verən oxucu iddia edir ki, məhkəmənin işə baxan hakimi Vüsal Qurbanov onun müraciətini əsassız hesab edərək qərarı qüvvədə saxlayıb. Sürücü protokol tərtib edilən yolda dayanma-durmanı qadağan edən nişanın olmadığını hakimə bildirsə də, onun bu sübutu əsassız hesab edilib.
Qeyd edək ki, dayanma-durma qadağan olunmayan yerdə avtomobili bucaq altında saxlayaraq parklanma qaydasını pozan sürücü 20 manat deyil, 10 manat miqdarında cərimə edilə bilər.
***10 dekabr
Bakıda dayanma-durma qadağan olunmayan yerdə cərimələnən sürücü Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. Sürücünün sözlərinə görə protokol noyabrın 25-də paytaxtın Təbriz küçəsi ilə Nemət Quliyev küçəsinin kəsişməsində tərtib edilib: “Həmin yerdə dayanma-durmanı qadağan edən heç bir nişan yoxdur. Əsas məsələ odur ki, mən maşını səkiyə paralel saxlamalı idim. Lakin bucaq altında park etdiyimə görə 20 manat deyil, 10 manat cərimə yazılmalı idi. Qeyd edim ki, həmin vaxt mənim maşınımdan başqa 40-a yaxın maşın bucaq altında park edilmişdi. Onların da hamısına cərimə artıq yazılıb”.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunda 53-cü maddəsinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsi ilə (nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə) on manat məbləğində cərimə nəzərdə tutulub.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə verdiyimiz sorğu cavabsız qaldı...
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













