Reklam

Sürücülərə şad xəbər; cərimələr ləğv edildi - RƏSMİ

Qaydalar 26 Mart 2020 21:15 Oxunub 3688
Sürücülərə şad xəbər; cərimələr ləğv edildi                          - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaş maksimum dərəcədə Qərargahın qərarlarını icra etmək məcburiyyətindədir

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metro stansiyaları istiqamətində ekspress marşrut xətləri ilə bağlı yaranan suallara aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, V.Kərimli bu barədə Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində qonaq olarkən bildirib. 

BNA rəsmisi deyib ki, bu istiqamətlərdə istifadə etmək üçün kifayət qədər avtobus mövcuddur:

“Biz həmin metro stansiyalar istiqamətində ekspress marşrut xətti təşkil etmişik. Ekspress marşrut xətlərinin adı üstündədir. Bunlar heç bir dayanacaqda dayanmır. Sadəcə olaraq, metro stansiyalarının yaxınlığında olan və əsasən metro stansiyasına təhkim olunmuş avtobus dayanacaqlarında dayanır. Avtobusların xəttə təqdim olunmasında heç bir problem, məhdudiyyət yoxdur”.     

V.Kərimli təmsil etdiyi qurumun atdığı addımların beynəlxalq tələblərə uyğun olduğunu əlavə edib:

“Biz ictimai nəqliyyatı sağlam saxlamalıyıq ki, təcili vəziyyətlərdə zərurət yaranan vətəndaşlar istifadə etsinlər. Parka gəzməyə, hava almaq üçün gedən vətəndaş yox. Biz cəmiyyətin içindəyik. Məlumatlar gəlir. Bir neçə qruplar, dostlar evlərdə yığışırlar. Sosial təcrid, sosial izolyasiya o demək deyil ki, siz 10-15-20 nəfər evdə yığışa bilərsiniz. Çünki həmin liftdən istifadə edirsiniz, həmin yerdə danışırsınız, o insanlar gedir başqa insanlarla görüşür. Bu, zəncirvarı halqadır. Bu halqanın kəsilməsi üçün hökumət tərəfindən təklif olunur ki, #evdəqal haştaqı altında sosial izolyasiya olsun. Sadəcə bir daha vurğulamaq istərdim ki, hökumətin və dövlətin atdığı addımlar bəllidir. Bu həm mediada, həm də sosial mediada göstərilir.

Bakı Nəqliyyat Agentliyi (BNA) iki ildir Beynəlxalq İctimai Nəqliyyat üzrə Assosiasiyaya (UITP- International Association of Public Transport) üzvdür və onlarla sıx əlaqədə bu koronavirusun ən çox yayılan ölkələrdəki təcrübəsi analiz olunur. Ona uyğun qlobal təcrübə lokallaşdırılır və yerli mentalitetə görə uyğunlaşdırılır. Yenə də bu dövlət tərəfindən atılan addımlardır. Vətəndaş maksimum dərəcədə Qərargahın qərarlarını icra etmək məcburiyyətindədir. Bir daha çağırış edirəm. Zərurət olmadığı halda həm ictimai nəqliyyatda, həm də küçələrdə-parklarda gəzməyək”.

BNA rəsmisi qanunsuz parklanmaya görə cərimələnmənin ləğv edildiyini də söyləyib:

“Mən sizə bir fakt deyim. Biz bu məsələ ilə əlaqədar olaraq Bakı şəhərində parklanmaya qarşı müəyyən tələbləri azaltmışıq. Artıq sadəcə o kameralardan müşahidə istiqamətində istifadə olunur. Amma bizim gördüyümüz mənzərə ona gətirdi ki, Bulvar ətrafında və Bulvar kənarında 5-6 sırada nəqliyyat vasitələri dayanır və 4-5 şəklində yenə gəzirlər, gülürlər, danışırlar. Aydın məsələdir, sosial cəhətdən, psixoloji cəhətdən bu olmalıdır. Lakin bu səviyyədə düzgün deyil.

Burada bir məqam var. Mən istərdim onu vurğulayım. Atılan bu addımlar zərurət doğuran addımlardır. Dünya iqtisadiyyatı və qlobal iqtisadiyyat bundan çox böyük ziyan görür. əm maliyyə cəhətindən, həm də səhmlərin qiymətlərinin aşağı düşməsi cəhətindən. Bu bayram tətili olaraq qəbul edilməməlidir. Bu dincəlmə tətili olaraq qəbul edilməməlidir. Konkret olaraq sosial izolyasiya insanların bir-birinə - əgər kimsə gizli daşıyıcıdırsa belə onun digərlərin yaymaması məsələsidir. Vətəndaşımz, eyni dərəcədə özümüz də baxışımızı bir az dəyişdirməliyik. Bu bayram tətili deyil. Bu sırf sosial izolyasiya istiqamətində aparılan tədbirlərdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh