Sürücülərə XƏBƏRDARLIQ - 400 manatdan başlayan cərimə SİZİ GÖZLƏYİR

Ölkədə sürücülərin avtomobili sərxoş halda idarə etməsi səbəbilə çox sayda ağır qəzalar baş verir. Mütəxəssislərin sözlərinə görə, spirtli içki qəbul edən şəxsin reaksiya müddəti azalır və sürücü spirtli içkini az qəbul etsə belə istənilən vaxt qəza edə bilər. Əksər sürücülər hansı hallarda sərxoşluq müayinəsindən keçməli olduqlarını bilmirlər. Bəziləri elə bilir ki, avtomobilin şüşələrinin buxar olması onların sərxoşluq müayinəsindən keçməsinə əsas verir.
Bəs yol polisi nə zaman sürücünün sərxoş olub-olmadığını alkotester cihazı vasitəsilə yoxlaya bilər?
Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, sürücülər ilk öncə reydlərin keçirildiyi stasionar postlar barəsində bəzi məlumatları bilməlidirlər:
“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyəti 27 iyun 2014-cü il tarixli Nazirlər Kabinetinin 209 saylı qərarı ilə yoxlanılır. Sadəcə olaraq şəhər daxilində stasionar post olmadan reydlərin keçirilməsi bununla bağlı müvafiq ərazinin polis rəisinin əmri əsasında həyata keçirilə bilər. Bu yol patrul xidməti əməkdaşının öz istəyi ilə ola bilməz. Sürücülər mütləq həmin reydin keçirilməsi ilə bağlı həmin idarənin əmrinin sürətini tələb etməlidirlər. Bu olmadıqda keçirilən reyd tam qanunsuzdur və bununla bağlı vətəndaş məhkəməyə şikayət edə bilər”.
Hüquqşünas bildirib ki, sürücülər 3 halda alkotest müayinəsindən keçirilməlidir. Onun sözlərinə görə, alkotestin aparıldığı cihazdan nəticəni əks etdirən çek çıxmalıdır: “Sürücünün nəfəsindən spirtli içkinin qoxusu gəldikdə, sürücü ayaqüstə sərbəst dayana bilmədikdə və sürücü özünü idarə edə bilmədikdə. Bu hallarda yol polisi sürücün alkotest edə bilər. Alkoqolun səviyyəsini müəyən edən dərəcə 0,3 promil hesab olunur. Əgər sürücü bunula razı olmazsa, yol patrul əməkdaşı sürücünü dövlət xəstəxanasına göndərib, onun müayinəsini rəsmiləşdirə bilər. Həkim narkoloq tərəfindən 3 nüsxədə müayinə nəticəsi təqdim olunur”.
Ramil Süleymanov sürücülərə alkaqol və ya narkotik vasitələrin təsiri altında avtomobilə əyləşməmələrini tövsiyə edib. Bu potensial cinayətkarlıq deməkdir. Əgər bu aşkar olunarsa İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə uyğun olaraq sürücü 400 manat məbləğində cərimə olunur və ya nəqliyyat vasitəsinin 6 aya qədər məhdudlaşdırılması qərarı qəbul olunur – deyə o qeyd edib
Dövlət yol polisinin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, yol polisi sürücüdə şübhəli davranış gördüyü halda istənilən zaman onu alkotest edə bilər:
"Polis əməkdaşı sürücüdə şübhəli davranış aşkar etdiyi istənilən halda onu alkotesterlər vasitəsilə yoxlaya bilər. Yəni yol patrul əməkdaşı sürücünün hərəkətlərini şübhəli hesab edirsə, yoxlaya bilər. Yəni sürücünü alkotesterdən keçirmək istəyirsə, bunun üçün xüsusi bir icazə lazım deyil. Sadəcə sürücünün özünü şübhəli aparması, özünü idarə etməkdə çətinlik çəkməsi kifayətdir".
Polis əməkdaşı cümə günləri gedib məscidin qapağında durub yoxlamır ki, sürücüləri. Harada şübhəli, restoranlar, kafelər və digər alkaqollu içiklər verilən yer varsa, həmin yerlərdə olurlar. Bu sürücülərin həyat və sağlamlığı üçün vacibdir - deyə Araz Əsgərli əlavə edib.
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO








