Yazda sürücülər buna görə cərimələnir və qəzaya düşürlər - VİDEO

Yaz gəlib, ağaclar yarpaqlayır, bu nə qədər gözəl olsa da, sürücülər üçün bir o qədər də problemlər yaradır.
Avtosfer.az xəbər verir ki, bəzi yol nişanları yolun kənarında yerləşən ağacların arasında “gizlənib” sürücülərə çətin anlar yaşadır. Bəzi sürücülər nişanları görmədiyindən qaydaları pozur və cərimə olunduqda isə haqqlı şəkildə narazılıq edirlər.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, belə olduğu halda, ağacların budanılması üçün Agentlikdən icazə almağa ehtiyac yoxdur. DYP bununla bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərüfatı Birliyinə müraciət etməli və həmin qurum tərəfindən ağacların budanılması təmin olunmalıdır.
Mirsalam Qənbərov: “Fiziki görüntüyə mane olan, təhlükə yaradan, sınma riski olan və ağırlıq yaradan ağacların budanılması vacibdir. Bu həm də ağacların cavanlaşması üçün lazımlı addımlardan biridir”
Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli isə bildirib ki, sözügedən mövzu ilə əlaqədar ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları yol nişanları, işıqfor obyektləri ilə bağlı hər hansısa bir çatışmamazlıq məlumatlarını toplayaraq mərkəzə bildirir və bu cür məsələlər də həllini tapmaq üçün aidiyyəti qurumlara göndərilir.
Araz Əsgərli: “Yaşıllq hissənin yol nişanının, işıqforun üzərini tutması və daha sonra həmin ağacın budanılması ilə bağlı lazımi tədbirlərin görülməsi, bu işləri həyata keçirdən aidiyyəti qurumlara məlumat formasında göndərilir.”
Qeyd edək ki, belə hallarla qarşılaşan sürücülər Yol Patrul Xidməti əməkdaşlarına və ya Avtosfer.az-ın qaynar xəttinə məlumat verə bilərlər.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












