Sürücülük hüququ olmadan maşın sürür; özü də narkotikin təsiri altında - HƏBS OLUNDU

Narkotik təsiri altında sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə Baş Dövlət Yol Polis (DYP) İdarəsindən Avtosfer.az-a məlumat verilib. Bildirilib ki, "VAZ 21214” markalı, 99-LR-741 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəhruz Əmirov təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən 29-cu kilometrliyində DİN BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 10-cu taqımının əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı B.Əmirovun narkotik maddə qəbul etməsi müəyyən edilib. DYP əməkdaşları tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əmirov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati qaydada həbs olunub.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












