Sürücülük təlimçisi telefonla oynayır, tələbəsi isə qayda pozur - VİDEO

Nəqliyyat vasitəsini idarə etmək vərdişlərini öyrədən təlimçilərin sayı günü-gündən artmaqda davam edir. Çox təəssüf ki, həmin təlimçilərin əksəriyyəti qanunun tələblərindən xəbərsizdilər. Üstəlik idarə etmə vərdişlərini öyrənən tələbələri də qanun pozmağı aşılayırlar. Avtosfer.az xəbər verir ki, "Elza sürücülük kursu"nun təlimçisi tələbini öyrədən zaman qanunun tələblərini pozub. Belə ki, o, telefonla çəkiliş apararaq həm öz fikrini, həm də tələbənin fikrini yayındırıb. Qanunvericiliyə görə, sərnişin yerində əyləşən təlimçi də sürücü hesab olunur. Ona görə də telefonu əldə tutmaqla istifadə etmək qadağandır.
Eyni zamanda tələbə təhlükəsizlik kəmərindən düzgün istifadə etməyib. Videogörüntüyə diqqətlə baxanda görünür ki, sükan arxasındakı xanım təhlükəsizlik kəmərini sinə üzərindən deyil, qolun alt hissəsindən keçirib. Kəmərin bu cür istifadə edilməsi olduqca təhlükəlidir. Çünki qəza zamanı kəmər sıxılıaraq sürücünün qabırğalarını sındıra bilər. Çox təəssüf ki, təlimçilər belə hərəkətlərin yanlış olmasını tələbəyə vaxtında öyrətmirlər.
Leyla
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












