Bakıda həkim "təcili yardım"a yol verən sürücüləri çəkib paylaşdı - NÜMUNƏ - VİDEO

Avropa ölkələrində görüb qibtə etdiyimiz, lakin özümüzün əməl etmədiyimiz təcili yardıma yol vermək mədəniyyəti artıq ölkəmizdə də formalaşmağa başlayıb. Təcili yardım maşınında əyləşib ona yol verən sürücüləri lentə alan tibb işçisi videonu sosial şəbəkədə yayıb.
Avtosfer.az bildirir ki, bu video böyük qürur hissi versə də əslində bu, hər sürücünün etməsi lazım olan bir işdir. Maraqlısı budur ki, xəbərdaredici işiğını və səs siqnalını yandıran polis maşınına yol verən bəzi sürücülər sanki təcili yardımın səsini eşitməzdən gəlir. Düzdür, bəzən təcili yardımı idarə edənlər tələsməsələr də yolu açmaq üçün işığını və siqnalını açıq qoyaraq yolu tez bitirməyə çalışır. Elə bu da sürücülərdə "yalançı çoban" təəssuratı yaradır. Amma nə olursa olsun xəstə aparmasa belə hər an bu təcili yardım maşınlarına ehtiyac duyula bilər. Ona görə onlara yol vermək lazımdır. Hər kəsin bir gün ona işi düşə bilər.
Aysel
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












