Təhlükəli şəkildə yük daşıyan sürücünün şok görüntüləri - VİDEO

Bakıda yükdaşıma qaydalarını pozan sürücünün görüntüsü sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, 10 CS 675 dövlət qeydiyyat nişanlı, “Qaz 2410” markalı avtomobilin sürücüsü maşının banına konstruksiyaya uyğun olmayan dəmirdən yük daşıma yeri düzəldərək tikinti şirkəti üçün uzun borular daşıyıb.
Uzun ölçülü və ya iri qabaritli yüklərin bu tip avtomobillərlə daşınması birbaşa təhlükədir. Çünki daşınan yük avtomobilin qabaritindən kənara çox çıxdığı üçün dayanıqlığı sual altında qalır. Sərt döngələrdə həmin yüklər tez aşa və ya dağıla bilər. Bu isə həm sürücünün özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükəlidir.
Hazırda uzun ölçülü, iri qabaritli və ağır yüklərin daşınması üçün yük daşıma şirkətlərində xüsusi avtomobillər fəaliyyət göstərir. Sifarişçilər bu cür yüklərin daşınması üçün həmin şirkətlərin avtomobillərindən və ya digər yük maşınlarından istifadə edə bilərlər. Lakin görünən mənzərədən aydın olur ki, yükü sifariş verən şəxslər onun daşınmasının ucuz başa gəlməsi üçün bu tip minik avtomobillərindən istifadə edirlər. Yaxşı olardı ki, sürücülər də daşıdığı yükün avtomobilə uyğun olmadığını gördükdə bundan imtina etsinlər. Çünki daşınan yük yola dağılarsa və ya sonu yaxşı nəticələnməyən hər hansısa bir hadisə baş verərsə burada məsuliyyət sürücünün üzərində qalacaq.
Qanunvericilikdə qeyd olunub ki, yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır.
Təhlükəli şəkildə yük daşıyan və ya avtomobilinin konstruksiyasına dəmir parçalarından ibarət yük yeri düzəldən sürücülərə yol polisləri ciddi nəzarət etməlidir. Texniki baxış zamanı bu cür avtomobillər ciddi yoxlanılmalı və yolda istismar zamanı hər hansısa bir nöqsan aşkar olunduqda isə dərhal sürücü barədə ciddi tədbir görülməlidir.
Təbriz
Gecə yarısı "ruçnoy" çəkən sürücü maşını belə fırlatdı - VİDEO
Qəza şəraiti yaratdı üstəlik qarşı tərəfi günahlandırdı – 99-HJ-022 - VİDEO
Bakıda “şou” göstərən motosikletçi az qala maşına çırpılacaqdı - VİDEO
Bakıda uşaq sürücünün qucağında maşın sürdü - VİDEO
Bu prospektdə avtobus zolağının saatları DƏYİŞDİRİLİB – VİDEO
Maşınların arasından əks yola çıxan sürücü az qala qəza törədəcəkdi - VİDEO
Sükan arxasında hansı hallarda telefondan istifadə etmək olar – QANUN NƏ DEYİR?
Sağdan gələn maşını saymayıb yolayrıcında təhlükə yaratdı – 10-ZZ-777 - VİDEO
Qayda pozub hələ qarşı tərəfi səhv çıxardı: “Mənə sürməyi öyrədirsən?” - VİDEO
Parklanmanın yanında sərnişin düşürən sürücülər cərimələnə bilər? – AÇIQLAMA - VİDEO
Dəfələrlə əks yola çıxan sürücü avtomobillərin yolunu kəsib təhlükə yaratdı - VİDEO












