Ucarda AĞIR QƏZA: “Mercedes” aşdı, 1 ölü, 3 yaralı - FOTO - YENİLƏNİB

Bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
***
Ucarda baş verən ağır yol qəzasında 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.
Qəza zamanı 2014-cü il təvəllüdlü Abdullayeva Aynişan Elnur qızı ölüb, 2019-cu il təvəllüdlü Abdullayeva Rüqəyya Elnur qızı, habelə 1992-ci il təvəllüdlü Nəsibova Səidə Nazim qızı və 1965-ci il təvəllüdlü Nəsibova Kəmalə Zabit qızı xəsarət alıblar.
Yaralılardan biri Ucar rayon Mərkəzi Xəstəxanasına, digərləri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır. (report)
***
Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı avtomobildə olan bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO
Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA
Bütöv xətləri heçə sayıb ən sağ zolaqdan ən sola keçdi - 77-NV-052 - VİDEO















