Uşaqlar yol hərəkəti qaydalarını necə öyrənib? - YARIŞ - FOTO - VİDEO

Bu gün 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Uşaqlar və Yol Təhlükəsizliyi üzrə 2021-2022-ci tədris ili üçün uyğunlaşdırılmış birgə Fəaliyyət Planına uyğun olaraq“Uşaqlar yol hərəkət qaydalarını necə öyrənib?” mövzusunda yarış keçirilib.
Avtosfer.az xəbər verir ki, məqsəd uşaqların yol hərəkəti qaydaları üzrə bilik səviyyəsini müəyyənləşdirmək, istedadlı uşaqları aşkar etməkdən ibarət olmuşdur. Yarıışın münsiflər heyəti: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, polis baş leytenantı Pərvanə Muradova, polis leytenantı Rüstəm Əhmədli, ekspert, sürücülük təlimçisi Arzu Kürsüm Babazadə idi. Yarışda Bakı şəhərinin 5, 34, 45, 54, 94, 211, 244 nömrəli tam orta məktəblərində və 261 nömrəli məktəb-liseyində fəaliyyət göstərən yol hərəkəti qaydaları dərnəyinin üzvlərindən təşkil olunmuş 9 komanda iştirak edib. Hər komanda 5 nəfərdən ibarət olub. 45 şagirdin cəlb olunduğu yarışdauşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri yazılı şəkildə müxtəlif sualla və yol nişanları haqqında nəzəri bilikləri rəngləmə materialı ilə yoxlanılıb. Yarışın nəticəsinə görə 34 nömrəli tam orta məktəbin “Yaşıllar” komandası I, 261 nömrəli məktəb-liseyin “Qırmızılar” komandası II, 94 nömrəli tam orta məktəbin “Zebra” komandası III yerə layiq görülüb. Qalib komandalar Diplom və medallarla təltif olunub. Yarışda fəal iştirak edən digər komandalar Təşəkkürnamə ilə təltif olunublar.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO



























