Xanım sürücünün təhlükə saçan videosu- 99 KE 056 - VİDEO

Oxuculardan biri yol hərəkəti qaydasını pozaraq təhlükə yaradan sürücünün görüntüsünü redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, yanvarın 18-i paytaxtın Xudu Məmmədov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsindən yola daxil olan 99-KE-056 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sağdan gələn avtomobilə qəza vəziyyəti yaradıb. Görüntünü qeydə alan sürücü təhlükəni görən an səs siqnalından istifadə edərək sağa manevr edib. Beləliklə sürücü qəzadan son anda yayınıb.
Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməlidir.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












