Yağışlı havada bu hərəkəti etsəniz cərimələnəcəksiniz - VİDEO

Yağışlı havada su sıçradan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntülər Xırdalan şəhərində qeydə alınıb. Görüntüdən aydın şəkildə görünür ki, güclü yağan yağış nəticəsində yolun hərəkət hissəsinə yağış suları yığılıb. Həmin yolda hərəkət edən "Mitsubishi" markalı avtomobilin sürücüsü yığılmış yağış suyunu nəzərə almadan sürətlə hərəkət edib. Bu zaman qarşıdan gələn avtomobilin üzərinə su sıçradıb.
Sürücülərə tövsiyə edirik ki, yağışlı havalarda hərəkət edərkən piyadaların və avtomobillərin üzərinə su sıçratmamaq üçün hərəkət sürətini aşağı salsınlar. Qəsdən su sıçratmağa görə qanunvericilikdə cərimə də nəzərədə tutulub. İnzibati Xətalar Məcəlləsinin 342.1.5- ci maddəsində su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücüyə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












