Yol hərəkəti qaydaları uşaqlara düzgün təqdim edilmir: Nazirliyin diqqətinə - FOTO

Uşaqların yol hərəkəti qaydaları ilə bağlı ilkin maarifləndirmə işlərinin aparılması üçün məktəbəqədər hazırlıq dərs vəsaiti tədris olunur. Lakin həmin kitabdakı bəzi yol nişanları düzgün hazırlanmayıb. Oxuculardan biri həmin kitabdakı fotoşəkilləri Avtosfer.az-ın elektron ünvanına göndərib. Yol Hərəkəti Haqqında Qanunun qadağan nişanları sırasında olan velosipedlərin hərəkətini qadağan edən 3.9 nişanı və nizamlanmayan piyada keçidi barədə xəbərdarlıq edən 1.20 nişanı yanlış formada hazırlanıb. Kitabda "velosipedlə hərəkət qadağandır" nişanının üzərindən qırmızı xətt çəkilib, "piyada keçidi"ni bildirən xəbərdaredici nişanın haşiyəsi isə göy rənglə boyanıb.
Səhvlərdən biri də piyadaların yolu keçməsi ilə bağlıdır. Həmin kitabın digər səhifəsində nizamlanan piyada keçidində uşaqların yolu qırmızı işıqda keçməsi göstərilib. Bu səhv uşaqlarda yanlış fikir formalaşdıra bilər.
Qaydaların və yol nişanlarının bu cür yanlış formada uşaqlara təqdim edilməsi arzuolunmaz haldır. Gələcəkdə bu cür səhvlərə yol verilməməsi üçün Təhsil Nazirliyi kitabın hazırlanmasında Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlıq etməlidir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
















