Yol polisi maşından yük boşaldan sürücünü 500 manat cərimələdi - FOTO

Bakıda haqzıs yerə cərimələndiyini bildirən sürücü redaksiyamızın elektron ünvanına müraciət ünvanlayıb. Nicat adlı sürücü bildirir ki, idarə etdiyi “Ford” markalı avtomobildən yük boşaldan zaman yol polisi onu 500 manat məbləğində cərimələyib: “Məni buna görə 500 manat cərimə ediblər və deyiblər ki, nömrəni üzərini bağlamışam. Halbuki hər iki tərəfdə nəzarət kamerası var və qabaq nömrə isə açıqdır. Mən 2 dəqiqə ərzində mağazaya su verən zaman polis əməkdaşı mənə cərimə yazdı. Yük yerinin qapısına taxta söykəmişdim ki, su bidonları yerə dağılmasın. Polis əməkdaşı isə bildirir ki, mən nömrənin üzərini bağlamışam. Hansı ki, nömrəyə heç bir müdaxilə etməmişəm”.
Sürücü yazılmış cərimədən narazıdır və Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən qərarın ləğv edilməsini xahiş edir.
Emin
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO












