Yol polisini söyən sürücü həbs olundu - FOTO

Bakıda polisə tabe olmayaraq müqavimət göstərən sürücü həbs olunub.
Avtosfer.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. "Ford Fujin" markalı, 99-VT-515 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Musayev Şahin Rəşad oğlu manevr qaydasını pozduğu üçün Mikayıl Əliyev küçəsində saxlanılıb. Saxlanılan zaman polislə münaqişə yaradan sürücü təhqiredici ifadələr işlədib. Hadisə yerinə Nizami rayonu Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Polis bölməsinə aparılan sürücü barəsində toplanmış matriallar və onun nalayiq ifadələr işlətməsinə dair sübutlar Nizami rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirləndirilərək 20 gün müddətində inzibati qaydada həbs edilib.
Şəfa Nəsibova
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO














