Yola 5 nişan quraşdırıblar, hamısı da səhv: Sürücülərdən şikayət - VİDEO

Yolda səhv quraşdırılmış nişanlar sürücüləri çaş-baş salıb. Şamaxı rayon sakinləri bu barədə Avtosfer.az">Avtosfer.az-a məlumat veriblər. Belə ki, Şamaxı rayonunun daxili yollarının birində yola yanlış nişanlar quraşdırılıb.
Yolayrıcının qarşısında sağa məcburi hərəkət istiqaməti nişanı, daha sonra sola məcburi hərəkət istiqaməti nişanı quraşdırılıb. Bu yoldan istifadə edən sürücülər necə hərəkət etməli olduqlarını bilmirlər. Sürücülər bildirir ki, həmin yoldan sola dönmək də qadağan edilib. Lakin soldan gələn nəqliyyat vasitələrinin sürücüləri üçün yolun başlanğıcında birtərəfli hərəkəti bildirən nişan yoxdur.
Həmçinin yol verməyi bildirən 2.4 nişanı elə yerə quraşdırılıb ki, hansı istiqamətdən gələn nəqliyyat vasitəsinin kimə yol verməli olduğu da aydın qavranılmır.
Bundan əlavə olaraq yolayrıcında 5 nişan birdən quraşdırılaraq qanunun tələbləri kobud şəkildə pozulub. Sürücülərin isə bunu qavraması çox çətin olur. Bununla yanaşı nişanların səhv quraşdırılması da sürücülərdə ayrı cür çətinlik yaradır.
Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, "yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir".
Həmin yolda hərəkətin təşkilinə yenidən baxılaraq yol nişanları qanunvericiliyin tələblərinə uyğun şəkildə quraşdırılmalı və bundan əlavə olaraq nişanlanma xətləri ilə hərəkət daha da aydın şəkildə təşkil edilməlidir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












