Yolda aqressiv olan sürücülərin diqqətinə! - Polis sizi hər yerdə görür

Son günlər sosial şəbəkələrdə sürücülər arasında müxtəlif münaqişələri əks etdirən videomaterial yayılıb. Bir çox hallarda bu adı söz savaşı olsa da, bir-birinə hücum çəkmək, zərər yetirmək halları da az deyil. Bir müddət əvvəl əlində dəmir parçası ilə digər sürücüyə hücum edən şəxs həbs olundu. Sürücülük hüququ da məhdudlaşdırıldı.
Ümumiyyətlə, sürücülərin yolda bu cür hərəkəti hansı fəsadlara yol açır?
Nəqliyyat eksperti Elməddin Muradlı "Mediapost"a açıqlamasında bildirib ki, sürücülər arasında aqressiv münasibət tendensiyaları son zamanlar artmaqdadır: "Çox təəssüf olsun ki, hətta ölkə başçısı səviyyəsində ictimai qınaq mövzusu gündəmə gətirilsə də, bəzi sürücülər bunu dərk etmirlər. Onlara irad bildirəndə, foto və videolarını çəkəndə çox aqressiv reaksiya verirlər. Hətta təhqir, söyüş, əlbəyaxa dava, bir-birinə xəsarət belə, yetirirlər. Bu çox təhlükəli bir tendensiyadır. Düşünürəm ki, belə vəziyyətlərdə polisin dərhal reaksiya verməsi və ciddi tədbirlər görməsi yaxşı haldır. Bu həmin sürücülərə bir dərsdir".

Ekspert hesab edir ki, sürücülər yayılan videolardan, görülən bu tədbirlərdən nəticə çıxarmalıdırlar: "Bu ilk növbədə onların özü üçün vacibdir. Kimsə sizə irad tutursa, bundan ibrət çıxarmaq, hətta ona təşəkkür etmək lazımdır. Kiminsə yoluna çıxanda heç olmasa, üzr istəmək olar. Yoxsa qabağını kəsib ona hücum etmək nə deməkdir? Bəlkə elə həmin şəxs bu iradı ilə sizi ölümdən xilas edir. Bu tərəfini də fikirləşmək lazımdır. Bir az mədəni davranan sürücünün üzərinə getməklə hansı səhvi etdiyinizi dərk edirsiniz? Bəlkə o sürücü yox, başqa biri çıxsaydı, qəza baş verərdi. Yaxud daha əsəbi biri olub sizin özünüzə xəsarət yetirərdi".
Elməddin Muradlı bildirib ki, yol hərəkət qaydalarına maksimum dərəcədə əməl etmək lazımdır: "Bəzən son zərurət, yaxud bilməyərək edilən bir səhvdən qayda pozuntusu baş verər. Amma bu o demək deyil ki, kimsə bunu sizə irad bildirəndə düşüb onu döymək lazımdır. Yoxsa oğru jarqonları ilə danışmaq, öz aləmində "həyatı başa salmaq" olmaz. Kimsə sizə irad bildirirsə, deməli, sizin yaxşılığınızı istəyir".
Ekspert sürücülərə müraciət də edib: "Belə hallara qətiyyən yol vermək olmaz. Bu gün çox böyük intizamlı sürücü kütləsi formalaşıb. Onlar başqalarının da nizam intizama dəvət etmək üçün avtomobillərinə videoqeydiyyatçı quraşdırıb. Bu görüntülər də dərhal ictimailəşdirilir. Heç kim arxayın olmasın ki, onu görən yoxdur. Həm polisin quraşdırdığı kameraya, həm də başqa bir avtomobildə olan videoqeydiyyatçıya düşə bilərsiniz. İstənilən halda sizin əməliniz qeydə alınır".
Ekspert onu da əlavə edib ki, adi bir aqressiv hərəkətin pis nəticələri ola bilər: "Burada cərimə, inzibati həbs və ya cinayət ola bilər ki, bir anda həyatınız korlanar. Odur ki, diqqəti olun".
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










